Vaxtı keşmiş kreditlərin həcmi 4,4 mln. manat artıb

2016-cı ilin noyabr ayının əvvəlinə kredit təşkilatları üzrə vaxtı keçmiş kreditlərin həcmi 1,5 milyard manat təşkil edib ki, bu göstərici ötən ayla müqaisədə 4,4 milyon manat və ya 0,27% artıb.

Bu barədə Mərkəzi Bankın Statistik Bülletenində qeyd olunub.

Qeyd edək ki, cari ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcmi 1,3 milyard manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır