“Heç bir işi tam şəkildə yerinə yetirə bilmirəm!”, “Heç nəyə vaxtım çatmır!”, “Vaxtım olsa biraz yatardım!” kimi cümlələr hər birimizə tanış gəlir. Gününün çox vaxtını işdə keçirən insanlar hər zaman işlə məşğul olur və zamansızlıq problemi ilə üzləşirlər. Bütün bunların səbəbi isə vaxtımızı düzgün bölə bilməməkdən irəli gəlir. Bu problemi aradan qaldırmaq üçün Sizə öz vaxtınızın ustası olmaq üçün aşağıdakı 10 yolu təqdim edirik.
Bir həftə boyunca bütün işlərinizin bir həftəlik planlaşdırın və qeyd edin. Bu, bir gün ərzində dəyərli vaxtınızı nələrə sərf etdiyinizi görməyə imkan verəcəkdir;
Uğurun əsas şərtlərindən biri həmin işə müəyyən qədər vəxt ayırmaqdır. Lakin belə işlər o qədər çox olur ki, onların hamısına yetərincə vaxt ayrımaq üçün bu vaxtı səmərəli bölmək, hər bir işə lazımi qədər zaman sərf etmək gərəkir. Bunun üçün ilk növbədə yüksək prioritetli işlərə ayrılacaq zamanın həcmini müəyyən edin və səmərəli olmaq üçün başlama və bitmə vaxtlarını qeyd edin. Bu cədvələ riayət etməyə özünüzü məcbur edin;
Əldə etmək istədiyiniz nəticələrin əksər hissəsini formalaşdıracaq işlərə zamanınızın ən az 50%-i xərcləməyə çalışın;
Arada, necə deyərlər, “Fasilə elan edirəm!” – deyin. Məşğul olduğunuz işdən kiçik bir müddətdə olsa ayrılın. “İş saatları”anlayışı bunun üçün yaxşı bir bölgü olar. Nahar fasiləsində və iş saatlarından sonra istirahət etməyə çalışın;
Hər gün ilk 30 dəqiqəni gününüzü planlaşdırmaq üçün ayırın. Vaxt planınızı tamamlayana qədər günə başlamayın. Gününüzün ən vacib hissəsi, bu planı formalaşdırmaqdır;
İşi bitirməyə məcbur olduqda, elə edin ki, heç kim Sizi narahat edə bilməsin.
Zənglər, mesajlar və e-poçtlar Sizin vaxtınızı “yeyən” və diqqətinizi yayındıran ən böyük ünsürlərdəndir. Çox vacib olmadığı halda iş üzərində zənglərə cavab verməməyə çalışın. Bunun əvəzində zənglər, mesajlar və e-poçtları cavablandırmaq üçün vaxt ayırın.
Kommersiya məqsədləri xaricində sosial şəbəkələrdən istifadə etməyin.
Xatırlayın ki, hər şeyin həyata keçirilməsi mümkün deyildir. Pareto qanununa (80/20) əsasən hərəkət edin: nəticələrinizin böyük hissəsini əldə etməyə imkan verən işləri görün.