IFC və ABA-nın birgə təşkilatçılığı ilə vebinar keçirilib

30 mart 2018-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə rəqəmsal maliyyə xidməti layihələrində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri” (CTF/AML in digital financial services) adlı vebinar keçirilib.

BBN.az xəbər verir ki. ABA-nın nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupunun üzvləri üçün keçirilən vebinarda “Elektron pul bazarın iştirakçıları və pul köçürmələri assosiasiyası”nın icraçı direktoru Pavel Şust çıxış edib.

Qeyd edək ki, vebinarda rəqəmsal maliyyə xidmətlərinin kontekstində risk anlayışı, rəqəmsal maliyyə xidmətləri və FATF tövsiyələri, risk əsaslı yanaşma anlayışı, risklərin qiymətləndirilməsi: müştəri üzrə; müştərilər üzrə; coğrafiyalar üzrə;  FATF tərəfindən qiymətləndirmənin dördüncü mərhələsinə hazırlıq – özəl sektor üçün əsas nəticələr, müştərilərin eyniləşdirməsində yeni tendensiyalar;  De-riskinq: bazar üçün mahiyyəti və nəticəsi, terrorizmin maliyyələşdirilməsində yeni tipologiyalar və s. mövzular əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır