Səudiyyə Ərəbistanı Venesuelanın neft bazarında sabitliklə bağlı razılığın əldə olunması üzrə təklifini dəstəkləyib.
Venesuela prezidenti Nikolas Maduro oktyabrın 23-də neft məsələləri üzrə danışıqlar aparmaq üçün Ər-Riyada səfər edib. İqtisadiyyatı neftin qiymətlərinin aşağı düşməsindən ciddi ziyan çəkən bu ölkə dünya bazarlarında stabilliyin yaranması üçün neft hasil edən ölkələrin öz fəaliyyətlərini əlaqələndirmələri mövqeyində çıxış edir.
Mənbə: Report.az