İlin əvvəlindən vergi intizamına əməl olunması baxımından riskli hesab edilən vergi ödəyiciləri ilə məlumatlandırma və maarifləndirmə işləri aparılıb.
Yanvar-iyun ayları ərzində vergi bəyannamələrində aşkar edilən məlumat xarakterli uyğunsuzluqların aradan qaldırılması, bəyannamələrin düzgün tərtib edilməsi məqsədilə ümumilikdə 117 111 vergi ödəyicisi ilə 147 236 vergi bəyannaməsində olan 215 787 uyğunsuzluq barədə məlumatlandırma işləri aparılıb. Nəticədə uyğunsuzluqların 18,9%-i aradan qaldırılıb.