İyunun 16-da JW Marriott hotelində Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri, vergi sahəsində mütəxəssislər və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar, həyata keçirilən çevik vergi siyasəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.