Vergi islahatı nəhəng şirkətlərə müsbət təsir edəcək

ABŞ mərkəzli araşdırma şirkəti “Cowen” vergi islahatının gələn il Amazon, Google və Facebook kimi nəhəng şirkətlərin vergidən 4.5 mlrd. dollar qənaət etməsinə şərait yaradacağını bildirib.

“Business Insider”in məlumatına əsasən, “Cowen'”şirkətinin baş analitiki John Blackledge, vergi islahatı sayəsində 2018-ci ildə  Google şirkətinin 2.28 mlrd.dollar, Facebook şirkətinin 1.56 mlrd.dollar, Amazon şirkətinin isə 723 mln. dollar qənaət edəcəyini deyib.

Belə ki, “Cowen” şirkətinin  hesablamalarına əsasən, Amazon önümüzdəki ildə səhm başına 24 % artımla texnologiya dünyasının ən sürətli inkişaf edən şirkəti olacaq. Google və Facebook-un  gəlirlərinin  8% artacağı təxmin edilir.

Qeyd edək ki, ABŞ hökuməti vergi islahatlarından 35% -dən 20% -ə qədər korporativ vergiləri azaltmağı hədəfləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır