Keçən ilin dekabr ayınının əvvəllərində Avropa ittifaqı (Aİ) öz internet saytında zəruri maliyyə şəfafflığına malik olmayan ölkələrin siyahısını açıqlamışdı. Onların adları vergidən yayınmaya, eləcə də digər fırıldaqçılıq fəaliyyətlərinə və qanunsuzluqlarına şərait yaratmaqda hallandırılırdı. “Qara siyahı” İttifaqa daxil olan ölkələrin maliyyə nazirlərinin iclasından dərhal sonra nəşr edilimişdi.
Siyahıda maliyyə əməliyyatlarının qanuniliyi ilə bağlı Aİ tərəfindən hazırlanmış meyarlar əsasında dialoqa daxil olmayan, həmçinin aşkar edilən nöqsanların aradan qaldırılması üçün zəruri səyləri göstərməyən ölkələr barədə məlumatda da yer verilib. “Aİ ilə əməkdaşlıq etməyən” yurisdiksiyaların siyahısına 17 ərazinin və ölkənin adı daxil edilib ki, buraya Bəhreyn, Barbados, samoa, Quam, Koreya, Monqolustan, Qrenada, Marşall adaları, Panama, Triniidad və Tobaqo, Tunis, namibiya, Birləşmiş Ərəb Əmirlikləri və digərləri aid idi.
Açıqlamada qeyd edilib ki, “qara siyahı”ya düşən yurisdiksiyaların əksəriyyətində güzəştli vergi rejimləri tətbiq olunur və onlar 2018-ci ilin sonunna qədər bu güzəştləri ləğv etmək və ya dəyişdirmək niyyətində deyillər. Bundan əlavə, həmin ölkələr və ərazilər gəlirlərin yerinin dəyişdirilməsinin və vergi bazasının “yuyulmasının” qarşısının alınması üçün hər hansı təsirli tədbir görmürlər. Aİ Şurasına sədrlik edən Estoniyanın maliyyə naziri T.Tınestinin bildirdiyinə görə, bu proses birdəfəlik deyil, müntəzəm səciyyə daşıyır, siyahı monitorinqin gedişində əldə edilmiş məlumatlar əsasında daim yenilənəcək. Aİ-nin məqsədi isə savadlı vergi idarəetməsinin yeni normaya çevrilməsinə nail olmaqdır.
Bu ilin əvvəlində isə ABŞ-ın xəzinədarlıq departamenti Aİ_nin nəşr etdirdiyi “qara siyahı” ilə razılaşmadığı barədə açıqlama verib. Açıqlamada bildirilir ki, vergi limanlarının “qara siyahı”ya alınması vergitutma səviyyəsinin aşağı olduğu zonaların müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq standartlara ziddir.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin Aİ-nin Baş katibi Cepp Tranholm-Mikkelsona göndərdiyi məktubda siyahını tərtib edən avropalı ekspertlər kəskin tənqid edilib. 17 vergi limanını əhatə edən siyahıda heç bir Avropa ölkəsinin adı verilməsə də, burada Quam adalarının və Amerikanın Samoa adalarının adı çəkilir. Bundan əvvəl isə Aİ Birləşmiş Ərəb Əmirliklərinin qəzəbinə tuş gəlib-rəsmi Dubayı İsveçrə, İrlandia, Lixtenşteyn kimi Avropa ölkələrinin olmadığı siyahıya salınması narahat edir. Mnuçin öz məktubunda qeyd edib ki ABŞ Aİ-nin Avropanın təsir dairəsində olan əraziləri siyahıdan çıxarması ilə razı deyil. Onun fikrincə, bu cür təcrübə vergidən yayınmaya qarşı mübarizə sahəsində göstərilən səyləri yolundan sapdırır. Bununla belə, ABŞ Quam adalarının və ABŞ-ın yurisdiksiyasına daxil olan Amerika Samoa adalarının bu siyahıya salınmasıa qarşı çıxıb.
Bu mövzuda yayılmış son məlumatda isə bildirilir ki, Aİ səkkiz yurisdiksiyasının vergi limanlarının “qara siyahı”sından çıxarıb. Aİ-nin açıqlamasında qeyd edilib ki, siyahıya salınan 17 yurisdiksiyadan səkkizi-Panama, Şimali Koreya , Barbados, BƏƏ, Qrenada, Makao, Moqlustan və Tunis siyahıdan çıxarıb. Bu ölkələrin öz vergi qanunvericiliyndə dəyişiklik etmək təklifi ilə çıxış etdiyini bildirilib. Bəhreynin də siyahıdan çıxarılacağı ehtimal edilsə də, hələlik bu ölkə barədə təklif verilməyib.