Vergilər Nazirliyi bayram günləri ilə əlaqədar vergi ödəyicilərinə müraciət edib.
BBN.az xəbər verir ki, Nazirlik Novruz bayram ilə əlaqədar 2018-ci il mart ayının 20-dən 26-dək qeyri-iş günləri olacağını bildirib.
Həmçinin ayın son günlərində müraciətlərin artması səbəbindən iş proseslərinin ahəngdarlığının təmin olunması məqsədi ilə cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirməyi tövsiyə edib.