2016-cı ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin büdcə daxilolmalarının 65,6%-ni Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergi və digər icbari ödənişlər təşkil edib. Bu mənbə üzrə müəyyən edilmiş 1240000,0 min manat məbləğində proqnoz 101,0% səviyyəsində icra olunaraq dövlət büdcəsinə 1252392,6 min manat məbləğində vəsait ödənilib. Bu da 2014-cü və 2015-ci illərlə müqayisədə, müvafiq olaraq 459793,9 min manat və ya 26,9% və 157054,2 min manat və ya 1,1% azdır
Hesabat dövründə ümumilikdə şirkət üzrə dövlət büdcəsinə olan borcların həcmi 60,2 min manat və ya 88% azalaraq 8,2 min manat, artıqödəmənin həcmi isə 10814,8 min manat və ya 7,6% artaraq 153477,2 min manat təşkil edib.