Vergi ödəyicisi olmayan fiziki şəxslərə köçürmələr üçün lazım olan sənədlər hansılardır?

“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi çərçivəsində vergi ödəyicilərinin bank hesablarından məxaric əməliyyatlarının, habelə vergi ödəyicilərinin hesablarından vergi ödəyicisi olmayan fiziki şəxslərə köçürmələrin, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin monitorinqi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara tapşırılıb. Belə ki, sözügedən monitorinq çərçivəsində aidiyyəti əməliyyatlar əsasən bir neçə başlıq altında icra edilir. Monitorinq tələblərini konkretləşdirmək üçün müştərilərdən tələb olunacaq sənədlərin və ümumilikdə nəzarət prosesinin aşağıdakı qaydada standartlaşdırılması tövsiyyə olunur:

  • Vergi ödəyicilərinin hesablarından vergi ödəyicisi olmayan fiziki şəxslərə köçürmələr :                            
  •    Dividend ödənişləri və ya mənfəətin bölüşdürülməsi.

 Səhmdar cəmiyyətləri üzrə:

  • Xalis mənfəətin maliyyə ili üzrə bölüşdürülməsi haqqında səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı;
  • Xalis mənfəətdən dividend ödənilən il üzrə mənfəət vergisi bəyannaməsi: a. bəyan olunmuş mənfəətdən artıq məbləğ bölüşdürülə bilməz. b.əgər vergi yoxlaması nəticəsində dividend ödənilən il üzrə xalis mənfəət artırılmışdırsa, təqdim edilən əlavə sənədlər əsasında dividend ödənişi mümkündür.
  •  Dividend ödəniləndən sonrakı müvafiq rüblər üçün ÖMV bəyannamələri (ödənilmiş dividend məbləği çıxıldıqdan sonra qalan məbləğ dividend olaraq ödənilə bilər);
  •  SC-nin nizamnaməsi və dövlət reyestrindən çıxarışı araşdırılmalıdır (nizamnamədə xalis mənfəətin bölüşdürülməsinə və dividendlərin hansı qaydada və dövrülüklə verilməsinə diqqət yetirilməli və pay bölgüsü dəqiq müəyyən edilməlidir ).

Bank tərəfindən ödənişdən əvvəl nizamnamə və dövlət reyestrindən çıxarış analiz olunur, hər hansı məhdudiyyət varsa müştəriyə izah olunur.

Əgər dividend ödənişi üzrə müvafiq vergi öhdəliyi dividend ödənişiylə eyni vaxtda icra olunursa və ya müştərinin əməliyyat tarixçəsi nəzərə alınaraq əlavə təsdiqedici sənədlər məlumatlar əsasında müvafiq vergi öhdəliyinin icrasının izlənməsi mümkündürsə, dividend ödənişinə icazə verilə bilər.

  • MMC-lər üzrə:

 

  • Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi haqqında cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar;
  • Xalis mənfəətin bölüşdürüldüyü il(lər) üzrə mənfəət vergisi bəyannaməsi: a. bəyan olunmuş mənfəətdən artıq məbləğ bölüşdürülə bilməz, b. əgər vergi yoxlaması nəticəsində dividend ödənilən il üzrə xalis mənfəət artırılmışdırsa, təqdim edilən əlavə sənədlər əsasında dividend ödənişi mümkündür
  • Mənfəəti bölüşdürülən il(lər)dən sonrakı müvafiq rüblər üçün ÖMV bəyannamələri (bölüşdürülmüş mənfəət məbləği çıxıldıqdan sonra qalan məbləğ ödənilə bilər);
  • MMC-nin nizamnaməsi və dövlət reyestrindən çıxarışı araşdırılmalıdır (nizamnamədə xalis mənfəətin bölüşdürülməsinə və dividendlərin hansı qaydada və dövrülüklə verilməsinə diqqət yetirilməli və pay bölgüsü dəqiq müəyyən edilməlidir;

Bank tərəfindən ödənişdən əvvəl nizamnamə və dövlət reyestrindən çıxarış analiz olunur, hər hansı məhdudiyyət varsa müştəriyə izah olunur.

Əgər mənfəətin bölüşdürülməsi üzrə müvafiq vergi öhdəliyi dividend ödənişiylə eyni vaxtda icra olunursa və ya müştərinin əməliyyat tarixçəsi nəzərə alınaraq/əlavə təsdiqedici sənədlər/məlumatlar əsasında müvafiq vergi öhdəliyinin icrasının izlənməsi mümkündürsə, dividend ödənişinə icazə verilə bilər.

  1. İcarə ödənişləri.
  2. İcarə müqaviləsi;

 

  1. Borcun geri ödənişi.
  2. Borc müqaviləsi;
  3. Borc müqaviləsinin şərtləri üzrə vəsaitin borcalanın bank hesabına mədaxilini göstərən sənədlər[1];
  4. Əgər borc müqaviləsi üzrə müştərinin digər bankdakı hesabına mədaxil edilmişdirsə, digər bankdakı hesab üzrə çıxarış nəzərə alınır.

 

  1. Vergi ödəyicisi olmayan şəxslərlə xidmət müqaviləsi üzrə ödənişlər.
  2. Xidmət müqaviləsi;
  3. Əgər müqavilə cari rübdə imzalanıbsa, xidmət haqqı üzrə ödəmə mənbəyində verginin ödənəcəyinə dair müştərinin rəsmi məktubu və ya ödəmə mənbəyində verginin müvafiq xidmət müqaviləsi üzrə büdcəyə ödənişini təsdiq edən sənəd;
  • Əgər müqavilə cari rübdə imzalanmayıbsa, müqavilə imzalandıqdan sonrakı rüblər üzrə ödəmə mənbəyində vergi bəyannamələri.
  1. Əgər xidmət müqaviləsi üzrə ödənişə aid müvafiq vergi öhdəliyi xidmət müqaviləsi ödənişiylə eyni vaxtda icra olunursa və ya müştərinin əməliyyat tarixçəsi nəzərə alınaraq/əlavə təsdiqedici sənədlər/məlumatlar əsasında müvafiq vergi öhdəliyinin icrasının izlənməsi mümkündürsə, ödənişə icazə verilə bilər. Qeyd edək ki, bu zaman 1d (ii) və 1d (iii) bəndində qeyd olunan sənədlərin analizinə ehtiyac yoxdur.

 

  1. Lotereya və idman mərc oyunlarından uduşlar.
  2. Uduşu təsdiq edən sənəd (terminaldan çıxarış və s).

 

  1. Qiymətli kağızlar üzrə ödənişlər.
  2. Qiymətli kağızların alqı-satqısı şərtlərini (növünü, miqdarını, məbləğini və s.) təsdiq edən müqavilə.

 

  1. Lombard və lizinq ödənişləri.
  2. Ödənişi həyata keçirən şəxsin lombard və ya lizinq fəaliyyətini təsdiq edən sənəd;
  3. Lombard və ya lizinq müqaviləsi;

Banklar tərəfindən əlavə eyniləşdirmə tədbirləri həyata keçirilməlidir.

Diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar tərəfindən icra edilən köçürmələr və nağdlaşdırma əməliyyatları üçün yuxarıdakı nəzarət prosesi və ya hər hansı dövri limit tətbiq olunmur. Eyni zamanda, Bank Olmayan Kredit Təşkilatları, sığorta şirkətləri monitorinq iştirakçıları olduğundan sözügedən hüquqi şəxslərin tərəfindən icra edilən köçürmələr üçün yuxarıdakı nəzarət prosesi tətbiq olunmur.

Əmək haqqı və ezamiyyə ödənişləri, məhkəmə, kompensasiya, maddi yardım, təzminat və digər bənzər ödənişlər bank tərəfindən risk əsaslı analiz olunur.

Qanun qəbul edilməmişdən əvvəlki tarixlərdə ümumi təyinatla mədaxil edilmiş məbləğlərin bütövlükdə deyil, məxaric hissəsi çıxılmaqla nəzərə alınmasını əhatə etməlidir. Qanunun tətbiqindən sonra mədaxilin təyinatında əməliyyatın konkret borc verilməsi ilə bağlı olduğu qeyd olunmalıdır

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır