Vergi orqanlarına müraciətlərin sayı azalıb

2017-ci ilin yanvar ayı ərzində vergi orqanlarına 7145 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azdır. Bu haqda Vergi qəzetində məlumat verilib. Müraciətlərdən 97,6%-i ərizə, 2,2%-i şikayət, 0,2%-i isə təklifdir.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 194 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır