6 yanvar 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) vergi qanunverciliyinə dəyişikliklərlə əlaqədar bankların qarşısında yaranmış yeni öhdəliklərin icrası mexanizminin işlənməsi ilə bağlı növbəti iclas keçirilib.
Tədbirdə ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun üzvləri, Mərkəzi Bankın, prosessing şirkətlərinin və bank sektorunun nümayəndələri iştirak etmişlərdir.
İclas çərçivəsində vergi qanunvericiliyinin yeni tələblərinin icrası mexanizminin işlənməsi ilə əlaqədar məsələlər müzakirə edilmiş, “MCC” kodların qruplaşdırılmış siyahısının formalaşdırılması məqsədi ilə işçi qrupun yaradılması qərara alınmışdır.