Meksika hökuməti bildirib ki, ölkədə vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsi 95%-ə çatdırılıb. Meksikanın Vergi Adminstrasiyası Xidmətinin məlumatına görə, bu nəticənin əldə edilməsi vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sayəsində mümkün olub.
Meksikanın vergi sistemində yeni texnologiyalar tətbiq edilib və əməletmə posesləri isə sadələşdirilib, vergi ödəyicilərinin öz vergi öhdəliklərini yerinə yetirə bilmələri üçün sadə və pulsuz alətlər tətbiq edilib.
Qeyd edək ki, 2017-ci ilin birinci rübündə vergi borcları olan şəxslərə qarşı tətbiq edilən məqsədyönlü məcburiyyət tədbirləri nəticəsində 1.32 milyard dollar məbləğində vəsait yığılıb.