Avropa Sosial-İqtisadi Komitəsi bildirib ki, Avropa İttifaqının vergi sistemi yeni rəqəmsal iqtisadiyyatla ayaqlaşmır. Debatlar zamanı biznes modellərinə və birgə istehlaka aid iqtisadiyyatların vergiyə cəlb olunması məsələləri müzakirə edilib. İştirakçılar birgə istehlak iqtisadiyyatının hazırda vətəndaşlar və kiçik biznes təmsilçiləri arasında geniş yayıldığını və bu amilin nəzərə alınmalı olduğunu qeyd edib.
Qeyd edək ki, Avropa Sosial-İqtisadi komitəsi Avropa İttifaqının məşvərət orqanıdır.