Çin Xalq Respublikasının yeni maliyyə naziri Lyu Kun ölkənin vergi sistemində yeni islahatların aparılacağını vurğulayıb.
BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, nəzərdə tutulan islahatlara ƏDV dərəcəsinin aşağı salınması da daxildir. O, qeyd edib ki, belə bir addıımın atılması-ƏDV-nin dərəcəsinin azaldılması bu il istehsalatla məşğul olan şirkətlərə və təchizatçılara fayda gətirəcək
Nazir Çində gəlir vergisi sistemində nəzərdə tutulan islahatlar barədə də danışıb. Onun sözlərinə görə,uşaqların təhsilinə və səhiyyə sisteminə ayrılan xərclərlə bağlı vergi güzəştlərinə yenidən baxılacaq.
Bildirilib ki, vergi yükünün azaldılması 2013-cü ildən başlamış vergi ilsahatının davamıdır. O vaxt hökumət ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi və sahibkarlığın inkişafına dəstək məqsədilə vergi və yığımların məbləğini əsaslı şəkildə – 3 trilyon yuandan (1 yuan=27 qəpik) artıq aşağı salıb.