Vergi sistemindəki islahatlar müzakirə olunub

19 aprel Azərbaycan Respublikasının vergilər nazirinin müavini İlkin Vəliyevin iştirakı ilə Caspian European Club və Caspian American Club tərəfindən təşkil olunmuş biznes-forum keçirilib. Forumda vergi islahatların əsas məsələləri müzakirə edilib.

Biznes-forumda çıxış edən İlkin Vəliyev biznesə və ixracyönümlü müəssisələrə dəstək məqsədilə vergi sistemində həyata keçirilmiş yeni islahatlar barədə məlumat verib. Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin Caspian European Club və Caspian American Club-un üzv şirkətlərini maraqlandıran məsələlərlə bağlı  müzakirələr olub.

Qeyd edək ki, sözügedən biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Aİ-nın 100-dən artıq biznesmeni, həmçinin beynəlxalq təşkilatlarının nümayəndələri və Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır