Vergi yükü nədir?

Vergi yükü vəsaitlərin vergilərin ödənilməsinə yönəldilməsi ilə digər mümkün istifadə istiqamətlərindən ayrılmasından yaranan iqtisadi məhdudiyyətlərin səviyyəsi, dərəcəsidir. Başqa sözlə desək, hər bir ödəmənin yaratdığı yükdür.

Vergi Yükünün  vergi ödəyiciləri arasında bölüşdürülməsi iki qaydaya əsaslanır:

a) verginin onun hesabına alınan nemətlərlə əlaqələndirilməsi. Məsələn, yol vergisini nəqliyyat vasitələri sahibləri ödəyir. Bu cür yanaşma məhduddur, çünki ayrı-ayrı dövlət xərclərini istehlakçıların üzərinə qoymaq olmur (məsələn, işsizlik üzrə müavinət),

b) ödəməqabiliyyətliyi prinsipi, yəni şəxsin gəliri nə qədər böyük olsa ödəmə qabiliyyəti nə qədər geniş olsa , bu şəxsdən tutulan vergi bir o qədər böyük olmalıdır,

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır