25 noyabr 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.