Vergilər naziri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarovun Şəmkir rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

BBN.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, sentyabr ayının 24-də Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-ə keçirilib.

Qeyd edək ki, qəbul saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) baş tutacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır