Vergilər naziri vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov 30 mart 2019-cu il tarixində Lənkəran rayonunda 6 saylı Ərazi Vergilər Departametinin inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küç. 97a) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar,Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar 28-29 mart 2019-cu il tarixlərində Lənkəran rayonunda 6 saylı Ərazi Vergilər Departamentinə, Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır