Vergilər Nazirliyi ilə sahibkarlar arasında görüş keçirilib

Mayın 3-də Vergilər Nazirliyi ilə sahibkarlar arasında görüş keçirilib.

BBN.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüş Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikası Sahibklarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə baş tutub.

Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev və ABA-nın digər nümayəndələri, ASK-a daxil olan iri istehsal müəssisələrinin üzvləri, biznes və ictimai assosiasiya rəhbərləri, bankların rəhbər şəxsləri və sahibkarlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır