Vergilər Nazirliyi 3,7 mln. manatlıq müqavilə imzalayıb

Vergilər Nazirliyi avadanlıq və proqram təminatlarının və kartriclərin satın alınmasına dair keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Belə ki, 1 dekabr 2017-ci il tarixdə “Caspel” MMC ilə avadanlıq və proqram təminatlarının satın alınmasına dair 3 704 556.64 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, dekabırın 4-də isə “HALAL-P” MMC ilə kartriclərin satın alınmasına dair 106 105.60 manat məbləğində satınalma müqaviləsi bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır