Vergilər Nazirliyi və “ASAN xidmət” əməkdaşlığa dair Memorandum imzalayıb

İyulun 11-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Asan könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma,  işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi,  idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.

Mərasimin sonunda Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Vergilər Nazirliyi adından Nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi adından Agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır