Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

2018-ci il 1 yanvar tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicinin vəzifələrinə aid edilib.

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala –

 

  • birinci dəfə yol verdikdə alınmış malların 10 %-i,
  • ikinci dəfə yol verdikdə 20 %-i,
  • üç və daha çox dəfə yol verdikdə isə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır