“Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satışının təşkili Qaydaları” təsdiq edilib

Nazirlər Kabinetinin 16 iyun tarixli qərarı ilə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satışının təşkili Qaydaları” təsdiq edilib.

Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamentinin İcra qurumları ilə işin təşkili şöbəsinin baş dövlət vergi müfəttişi Nizami Əhmədov deyib ki, ticarət şəbəkələri deyərkən, icra xidməti ilə bağlanmış müqavilə əsasında siyahıya alınmış əmlakın vergi ödəyicisi olan fiziki  və ya hüquqi şəxslər tərəfindən satışının həyata keçirildiyi təsərrüfat subyekti, yarmarka və digər yerlər başa düşülür.

Qeyd edək ki, siyahıya alınan əmlak ticarət şəbəkəsində 3 ay ərzində satılmadıqda, icra məmuru ilə yazılı şəkildə razılaşdırılmaqla, onun qiyməti 20%-ə qədər, bundan sonrakı 2 ay ərzində satılmadıqda isə 40%-ə qədər aşağı salına bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır