“Vergilər Nazirliyi”nə daxil olan zənglərin sayı artıb

2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyi Çağrı Mərkəzinə 22213 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 16562 zəng daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan zənglər 7,2 % və ya 1492 ədəd, canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olan zənglər 11,8 % və ya 1761 ədəd artıb.

2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olan zənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq
olaraq 39,5% və 50,7% artaraq 312 666 və 235 670 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır