İyulun 18-də Vergilər Nazirliyində Amerika Birləşmiş Ştatları (ABŞ) Səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib. Nazir müavini bildirib ki, Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində xarici ölkələrin, o cümlədən ABŞ-ın vergi orqanları ilə əməkdaşlığı genişləndirir.
İ.Vəliyev Amerika Ticarət Palatası (AmCham) ilə birlikdə vergi konfranslarının təşkil edildiyini qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb.
Görüşdə nümayəndə heyətinin üzvləri ilə ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub və bir sıra suallar cavablandırılıb.