Vergilər Nazirliyində xüsusi qərərgah yaradılıb

Vergilər Nazirliyində keçirilən dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında xüsusi Qərargah yaradılıb.

Qərərgahın yaradılmasının məqsədi büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsidir.

Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərinin seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.

Həmçinin, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların  alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara gücləndirilmiş elektron imza vasitəsi ilə elektron qaimə-faktura təqdim ediləcəyini nəzərə alaraq, Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinə İnternet Vergi İdarəsində və Vergilər Nazirliyinin elektron informasiya sistemində proqram və maddi texniki təminatı ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırlıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır