Vergilər Nazirliyinin, Palatanın və bankların nümayəndələri görüşəcək

7 fevral 2017-ci il tarixində qanunvericilikdə baş vermiş son dəyişikliklərin tətbiqi mexanizmi ilə əlaqədar bankların komplayens üzrə rəhbərləri ilə  Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçiriləcəkdir.

Görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə keçirilir.

Görüşdə  qanunvericilikdə baş vermiş son dəyişikliklərlə əlaqədar, tətbiqi nəzərdə tutulan yeni vergitutma obyektləri üzrə zəruri olan icra mexanizmləri və metodologiyanın müzakirəsi, o cümlədən yeni tələblərlə əlaqədar Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək yeni hesabat formalarının tətbiqi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır