VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

28 sentyabr 2017–ci il tarixində Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.

VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır