Volatil dünyada STRATEGİYA

Ənənəvi  olaraq, strategiya uzunmüddətli  planlar  hazırlamaq və bu planları  həyata keçirmək üçün lazım olan tədbirlər və imkanları müəyyən etməklə bağlıdır.  Strategiyanın bu cür dəqiq tərifi uzun müddət aktual ola bilərdi, lakin bugünkü dəyişkən, qeyri-müəyyən,  mürəkkəb və qeyri-dəqiq dünyada bu tərif  artıq  dəyişir.

Ətrafınızdakı  dünya  sürətli bir şəkildə dəyişir, getdikcə gözlənilməz  olursa, sistemli şəkildə  analiz etmək  mümkün  deyilsə,  necə etibarlı uzunmüddətli planlar qura bilərsiniz?

Bu və növbəti 3 məqalədə  bu dəyişkən dünyada strategiyanın hazırlanmasını araşdıracağıq. Bu qısa məqalədə isə əsas məsələ  volatil dünyada  sizin təşkilatınızın strategiya hazırlamasına qoyduğu tələbdir.

Volatilik sənayedə, bazarlarda və ümumiyyətlə  bütün dünyada dəyişikliyin sürətini ifadə edir.Volatilliyi yüksək dünya daha sürətlə dəyişir.

Yüksək volatil bir mühit qısa dövrlərdə prosesi sürətlə sınaqdan  keçirməyə və sürətli  nəticələr  əldə etməyə imkan verən bir  strategiya yanaşmasını tələb edir. Bu o deməkdir ki, planlar mümkün qədər tez vaxtda  test edilir,  həyata  keçirilir və əks əlaqə yaranır  belə ki, planlar ehtiyac yarandığı anda dəyişdirilə bilir. Yalnız bu halda, bir strategiya yanaşması  sənayenin  tempi ilə uyğunlaşa  bilir.

Bu  baxımdan  strategiya  çeviklik, sürətli  sınaq imkanı və sürətli uyğunlaşma kimi xüsusiyyətləri özündə birləşdirməlidir.

Eyni zamanda, strategiya təşkilatınızı sabitliklə də təmin etməlidir. Strategiyanın əsas funksiyalarından biri də  təşkilatın fəaliyyətinə nəzarət edən və istinad edəcəyi sabit çərçivə verməkdir.

Daim sabit və ya daim dəyişkən fəaliyyətlərlə təşkilat öz potensialından tam istifadə edə bilməz.

Bu günün tələbi olan strategiyanı “ağac”  timsalında  izah edək.  Şiddətli küləyə davam  gətirmək  üçün  ağac  elastik  olmalı – əyilə bilməlidir. Lakin eyni zamanda  onu qidalandıran və yıxılmadan dayanmasını təmin edən  dərin köklərə ehtiyacı vardır.

Deyilənlər  strategiyaya  da aiddir. Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki,  bu günün tələbləri strategiyada çevikliyistabilliyi birləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır