“Volkswagen” dünya üzrə 23 mini Almaniyanı əhatə edən 30 min iş yerini bağlamaq qərarı alıb. İş yerlərinin bağlanması 2020-ci ildən etibarən illik 3,7 milyard avroya qənaət etməyə səbəb olacaq.
Brendini gəncləşdirmək məqsədi daşıyan şirkət yeni elektrikli və öz-özünü idarə edə bilən maşınlar istehsal etməyi planlaşdırır.
BBC News-un məlumatına əsasən, şirkət yeni məhsullarla əlaqədar 9 min yeni iş yerinin açılmasını da nəzərdə tutub.