Rusiyanın ikinci böyük bankı olan “VTB Group” Türkiyədəki fəaliyyətini genişləndirmək istədiyini açıqlayıb.
“VTB Group”un CEO vəkili və “VTB Kapital İnvestisiya Bankçılığı”nın rəhbəri Riccardo Orcel: “Türkiyəni ən əhəmiyyətli beynəlxalq bazarlardan biri hesab edirik. İnkişaf etməkdə olan bazarlardakı peşəkarlığımızın Türk müştərilərimizin beynəlxalq satınalma layihələrinə və strukturlaşdırılmış maliyyə əməliyyatlarına əhəmiyyətli qatqı təmin edəcəyini düşünürük”-deyə bildirib.