Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dövlət Satınalmalari üzrə Vahid Internet Portalının Təqdimatında iştirak edib. O bildirib ki, Azərbaycanda aparılan biznes islahatları nəticəsində tikinti üçün icazələrin alınmasında, hüquqi şəxslərin dövlət qeydiyyatında, məhkəməyə müraciətlərin edilməsi, eləcə də məhkəmə işlərinə baxılma sahəsində, dövlət satınalmaları üzrə tam elektron sistemə keçilib.
Rəqəmsal olaraq bütün məlumatlar toplanılır və data iqtisadiyyatının formalaşdırılması istiqamətində data sistemi yaradılır. Yeni yaradılan Dövlət Satınalmaları üzrə Vahid Internet Portalı da görülən işlərin bir nümunəsidir.