William Dudley: “FES bu il bitmədən faiz artımına gedə bilər”

FES-in New York üzrə şöbə müdiri William Dudley iqtisadiyyatın hal-hazırki vəziyyətinin sabit qalacağı halda, 2016-cı il bitmədən faiz artımına gedə biləcəyini bildirib. Bu haqda Bloomberg məlumat verir.

“Hədəflərimizə doğru ilərlədikcə genişləndirici pul siyasətimizi hissə-hissə azaldacağıq”-deyən Dudley keçən ilin dekabrdan qərara alınan faiz artımilə bağlı suallara cavab olaraq, Federal Açıq Bazar Komitəsi üzvlərinin faizləri artırmaqla bağlı əmin olmadıqlarını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır