“Worldfood Moscow” Sərgisində Azərbaycandan fındıq ixracına dair 2 müqavilə imzalanıb

Rusiyada keçirilən 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə ölkəmizin “Made in Azerbaijan” vahid ölkə stendi sərgi ziyarətçiləri, xüsusilə də müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən maraqla qarşılanıb.

Milli üslubda hazırlanmış Azərbaycan stendini ziyarət edənlərə 30-dan çox ixracatçı şirkətimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb.

Sərginin rəsmi açılışından sonra Rusiya Federasiyasının, eləcə də sərgi iştirakçısı olan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olub.
“Worldfood Moscow” çərçivəsində Azərbaycan məhsullarına böyük maraq göstərilir. Artıq Azərbaycanın “Azərstar” MMC şirkəti ilə Rusiyanın 2 şirkəti arasında yerli fındığın bu ölkəyə ixracına dair müqavilələr imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır