“Worldfood Moscow” sərgisində iştirak üçün müraciətlərin qəbul vaxtı uzadılıb

Rusiya Federasiyasının Moskva şəhərində 11-14 sentyabr 2017-ci il tarixlərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçılardan müraciətlərin qəbulu 1 iyun 2017-ci il tarixinədək uzadılıb.

Qeyd edək ki,  sənədlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000 ünvanı üzrə 1 iyun 2017-ci il tarixinədək təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır