Milli Məclis Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı sənədi təsdiqləyib.
Belə ki, parlamentin bu gün keçirilən iclasında X. Abdullayevin “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərarı” layihəsi səsə qoyulub. Qərar qəbul olunub.
Mənbə: apa.az