25 avqust 2017-cı il tarixdə saat 10:00-dan Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X. Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Buna səbəb Xətai rayonu, N.Tusi küçəsi 2942 “V” saylı ünvanda yerləşən “AKFA-Tikinti” MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar işlərin həyata keçirilməsidir.
Qeyd edək ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.