Bu il 18 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” Bakı Ekspo Mərkəzində öz işinə başlayır. Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir.
Regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbir – “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan üç sərgi – Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Aquatherm Baku 2017 və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri SECURIKA CASPIAN 2017 Sərgiləri, Bakı Ekspo Mərkəzinin iki salonunu əhatə edir.
Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir.
Qeyd edək ki, daha ətraflı məlumat keçiddə yerləşdirilib.