“Xəzər-Lada” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək

“Xəzər-Lada” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

BBN.az xəbər verir ki, yığıncaq 25 aprel tarixində saat 12:00-da “Xəzər-Lada” ASC-nin akt zalında baş tutacaq.

Yığıncağın gündəliyinə illik hesabat, dividentlərin verilməsi, mükafatlandırma və kənar auditorun təstiq edilməsi məsələləri daxildir.

Qeyd edək ki, səhmdarlar yığıncağın gündəliyi və materialı ilə cəmiyyətin mühasibatlığında tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır