Xaçmaz rayonunda daha iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

2018-ci il sentyabrın 17-də Xaçmaz rayonunun Krasnı Xutor kəndinə və Turist qəsəbəsinə təbii qaz verilib.

BBN.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 116 abonenti olan Krasnı Xutor  kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 021 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb

37 abonenti Turist qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu  4 669 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır