Xalq Bankın yeni filialı fəaliyyətə başlayıb

ASC “Xalq” Bankının Tovuz şəhərində yeni filialı fəaliyyətə başlayıb. Şəhərin mərkəzində yeni binada yerləşən filial Bankın bölgələrdə fəaliyyət göstərən sayca 20-ci, ümumilikdə isə 28-ci filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Tovuz şəh., H.Aslanov küç. 21, ünvanda yerləşir. Telefon: (99422) 315 3316; Faks: (99422) 3155539.

Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasına əsasən həyata keçirilir. Bank cari ildə filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır