Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 16 977 159.44 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən , bu miqdarda xam neftin dəyəri 6 539.3 mlrd. dollar təşkil edib.
Hesabat dövrü üzrə Azərbaycanın ixrac etdiyi xam neftin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.28% azalıb, dəyəri isə 27% artıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neftin payı 72.22% təşkil edib.