Xam neft ixracından gəlir artıb

2017-ci il ərzində Azərbaycanda cəmi ixrac 13 811 624.44 min dollar olub.

Dövr ərzində xam neft ixracı 27 227 902.15 ton olub. Dövlət Gömrük Komitəsinin məlumatna əsasən, bu miqdarda xam neftin dəyəri 27 227 902.15 min dollar təşkil edir. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xam neftin miqdarı  30.3%, dəyəri isə 64.6% artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında neftin payı 77.52% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır