Azərbaycan 2016-cı ilin 1 yanvar tarixindən etibarən qoşulduğu “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində xaricə səyahət edən azərbaycanlı sürücülərin digər ölkələrin ərazisində mülki məsuliyyətinin sığortasını təmin edir. Artıq bir ildən çoxdur ki, “Yaşıl Kart” sahibləri öz səfərlərini sığortalı şəkildə planlaşdıra və həyata keçirə bilirlər.
Qeyd edək ki, “Yaşıl Kart” sahiblərinin sığortası yalnız bu sistemə üzv olan digər ölkələrin ərazisində keçərlidir.