Son aylarda həmyerlilərimizin təsis etdiyi startaplar uğurlara imza atıb.
Vaqif Abbasovun açıqlamasına istinadən bildirir ki, Fatal Fight oyun layihəsi ilə yaxından tanıdığımız Toğrul Səmədovun “Buglance” startapı xaricdən 160 min dollar maliyyə alıb.
Hazırda ABŞ-da fəaliyyət göstərən, həmyerlimiz Qərib Mehdiyevin həmtəsisçisi olduğu “WeTravel” startapı isə 2 milyon dollar investisiya əldə edib.
Türkiyədə həmyerlimiz Həsən Cabbarovun təsisçisi olduğu “Paym.es” startapı isə 180 min dollar qazanıb.
Paym.es dostlarınızla söhbət etdiyiniz formada mesajlaşma proqramları üzərindən təhlükəsiz alış-veriş sistemidir.
Ramil Məhərrəmov, Cəfər Babayev tərəfindən təsis edilən “Maliyya”startapı da bu günlərdə 1.3 milyon investisiya ilə diqqəti çəkir.
Qeyd edək ki, yerli təşəbbüskarlar tərəfindən təsis edilən “Maliyya P2P” (peer to peer/şəxdən – şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.
Xəbər verdiyimiz kimi Vaqif Abbasov, Emin Vəli və Elşad Yusiflinin birgə qurduğu “Keepface” bu yaxınlarda Dubayda 300 min dollar toxum investisiya alıb.
Mənbə: Xəbərlər.az