Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 1.3% artıb

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 176 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5.39% çoxdur. Belə ki, cari ilin ilk 7 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 9865 ədəd təşkil edib ki, onun 5145-i fiziki şəxslərin, 4720-si  isə hüquqi şəxslərin payına düşür.

Qeyd edək ki, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1.3% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır