Xarici ölkələrə gedən vətəndaşların sayı artıb

2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 1289,0 min nəfər olub.

BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 31,3%-i Gürcüstana, 27,7%-i İrana, 21,9%-i Rusiya Federasiyasına, 12,2 %-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,4%i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4%-i kişilər, 31,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6% artıb, Türkiyəyə gedənlərin sayı 16,1%, Gürcüstana gedənlərin sayı 3,6%, Rusiya Federasiyasına gedənlərin sayı 1,1% azalıb.

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,0 %-i dəmir yolu və avtomobil, 19,1 %-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır